Millətlər Liqasının Xorvatiya ilə oyununda Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo karyerasında 900-cü qolunu vurub.
News24.az xəbər verir ki, görüş 2:1 hesabı ilə başa çatıb.
34-cü dəqiqədə Ronaldo fərqlənib.
Ronaldo klub səviyyəsində 769, portuqaliyalı isə millidə 131 qol vurub.
Qeyd edək ki, növbəti oyunda Portuqaliya Şotlandiya ilə qarşılaşacaq. Görüş sentyabrın 9-da baş tutacaq.
Məryəm İlhamqızı