Rusiyanın paytaxtında 17 yaşlı dörd yeniyetmə pul mükafatı üçün “BMW X7” markalı avtomobili yandırıblar. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 2-də Lobaçevski küçəsində baş verib. Bu barədə paytaxt prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs yeniyetmələrə hər birinə 100 min rubl mükafat vəd edib.
Gənclər benzin, bir qutu qırmızı boya və tibbi maskalar alıblar. Onlar avtomobilin qabaq şüşəsinə yanar maye tökərək yandırıblar. Daha sonra onlar baş verənləri lentə alıblar.
Prokurorluq əməkdaşlarının apardıqları tədbirlər nəticəsində 17 yaşlı dörd şübhəlinin şəxsiyyəti müəyyən edilərək saxlanılıblar.
Yeniyetmələrin sözlərinə görə, onlar naməlum şəxsin vəd etdiyi 400 min rubl (hər biri 100 min rubl) pul mükafatı üçün bu əmələ əl atıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Namiq Musayev