Bakı və Roma arasındakı uğurlu siyasi dialoq bu gün öz nəticəsini verir — Politoloq
Azərbaycanla İtaliya arasında məhsuldar münasibətlər formalaşıb. Hər iki ölkə bir-biri üçün vacib tərəfdaşdır. Azərbaycan Cənubi Qafqazda lider dövlətdir. İtaliya Avropa İttifaqında 3-cü yerdədir. Zəngin təbii sərvətlərə sahib olmasa da texnoloji, intellektual baxımdan inkişaf etmiş ölkədir. Buna görə də İtaliya Azərbaycan üçün mühüm ölkədir”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. İtaliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini xatırladan ekspert qeyd edib ki, təkcə nef-qaz sahəsində deyil, aqrar, sənaye, təhsil sahələrində İtaliya ilə uğurlu əməkdaşlıq qurulub:
“Maraqlar uzlaşır, bu da hər iki ölkəyə mənfəət gətirir. Bu nailiyyət Bakı və Roma arasındakı uğurlu siyasi dialoqun, etibarlı tərəfdaşlığın və dövlət başçılarının bir-birinə olan səmimi münasibətinin nəticəsidir. Prezident İlham Əliyev İtaliyaya etdiyi işgüzar səfər çərçivəsində bir neçə vacib məqamı yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan çalışır ki, müharibə və qarşıdurmalara qısa müddətdə son qoyulsun. Azərbaycan münaqişə tərəfləri vasitəçilik etməyə hazırdır. Prezident həmçinin vurğuladı ki, Azərbaycan sanksiya siyasətinə qarışmaq niyyətində deyil. Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilərik, amma Rusiyaya tətbiq olunan sanksiyalara qarışmaq fikrimiz yoxdur. Çünki Rusiya Azərbaycanın strateji müttəfiqidir.
Bundan başqa Azərbaycan İtaliyanın mədəni irsinə də töhfə verib. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İtaliyadakı katakombalar bərpa edilib. Təsadüfi deyil ki, İtaliya şirkətləri də bu gün Qarabağın yenidən qurulmasında, dinu və mədəni abidələrin bərpasında yaxından iştirak edir".
Törə Zeynallı
Demokrat.az