AZ

Avtomobillərin texniki baxışı zamanı qanunsuz hallar üzə çıxdı

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı bir sıra hüquqazidd hallar aşkarlanıb.

Milli.Az Baş DYP İdarəsinə istinadən xəbər verir ki, Müayinə mərkəzində görülən tədbirlər nəticəsində dövlət qeydiyyat nişanları standartın tələblərinə uyğun gəlməyən, şassi  və mühərrik  nömrələri qeydiyyat məlumatları ilə uyğunsuzluq təşkil edən, habelə üzərində çoxsayda ödənilməmiş inzibati cərimələr olan avtobus və yük avtomobilləri müəyyən edilib. Həmin nəqliyyat vasitələri müvafiq yoxlama aparılması üçün saxlanılıb və cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb.

İdarə sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək onları qanunla üzərilərinə düşən öhdəlikləri  vaxtında yerinə yetirməyə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, eləcə də qeydiyyat məlumatlarında uyğunsuzluğa səbəb olan əməllərdən çəkinməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
9
milli.az

10Mənbələr