Donald Tramp 4 milyard dollar itirdi
ABŞ-nin keçmiş prezidenti Donald Trampın “Trump Media & Technology Group”dakı itkilər və azalan gəlirlər fonunda 4 milyard dollar itirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “CBS News” xəbər verir.
Aylarla davam edən eniş, səhm qiymətini mart ayının sonunda zirvəyə çatdıqdan sonra 70%-dən çox aşağı salıb və səhm çərşənbə günü bu səviyyəyə çatıb.
Qeyd edək ki, Tramp “Trump Media & Technology Group”un təxminən 60%-nə sahibdir.