AZ

 Kursk vilayətinin qubernatorunun sərvəti üzə çıxdı - ŞOK MƏLUMAT

Xəbər verildiyi kimi Rusiyanın Kursk vilayətinin bir hissəsi hazırda Ukrayna qoşunlarının nəzarəti altındadır. Bununla belə vilayətin qubernatoru haqqında yeni xəbərlər Rusiya ictimaiyyətini həm təəccübləndirib, həm də hiddətləndirib.Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, Kursk vilayətinin qubernatorunun 140 milyon rubl (1 milyon 554 min ABŞ dolları) dəyərində dəbdəbəli daşınmaz əmlakı aşkar olunub.Hazırda qubernator vəzifəsini icra edən Aleksey Mirnovun həyat yoldaşı Yelena Smirnova Moskva yaxınlığındakı Otrada qəsəbəsindəki “Village kottec” kəndində 172 kvadratmetr sahəsi olan bir mənzilə sahibdir. Onun dəyəri ən azı 97 milyon rubl (1 milyon 76 min ABŞ dolları) olaraq qiymətləndirilir. Xanım Smirnovanın Moskva yaxınlığındakı Krasnoqorsk qəsəbəsində 15 milyon rubl (166 min sollar) dəyərində başqa bir mənzili var. Vergi bəyannaməsinə görə, 2023-cü il üçün Smirnova anasından cəmi 3 milyon rubl alıb və başqa gəlir mənbəyi yoxdur. Qubernator səlahiyyətlərini icra edən Smirnovun özü Kursk vilayətində 30 milyon rubl (333 min ABŞ dolları) dəyərində mülkü olan bir kvadrat kilometr torpaq sahəsinə malikdir.Kursk vilayətinin sakinləri isə yerli hakimiyyətdən humanitar yardımın gəlməməsindən və əziyyət çəkirlər. Ötən gün Kursk vilayətinin hökuməti sakinlərə geyinməyə yararsız geyimlər verib. Hesablamalara görə döyüşlərdən əziyyət çəkən yalnız 87,6 min Kursk sakini təxminən 14,840 rubl (164 dollar) məbləğində ödənişlər alıb.Aleksey Smirnov 2024-cü ilin mayında Roman Starovoytu əvəz edərək Kursk vilayətinin qubernatoru vəzifəsini icra etməyə başlayıb. Bundan əvvəl Smirnov Kursk və Moskva vilayətlərində mənzil-kommunal təsərrüfatı və tikinti sahəsində müxtəlif vəzifələrdə çalışıb, 2018-ci ildən isə Kursk vilayəti qubernatorunun müavini vəzifəsində çalışıb.

Seçilən
58
4
yenisoz.az

5Mənbələr