"Delta" aviaşirkəti sərnişinin qəfil başlayan ishalı səbəbindən transatlantik uçuşunu ləğv etmək məcburiyyətində qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsindəki məlumat verilib.
Hadisə ABŞ-ın Boston şəhərindən İtaliyanın Roma şəhərinə uçan "Airbus A330" təyyarəsində baş verib. Mənbənin sözlərinə görə, uçuşdan təxminən bir saat sonra səyahətçi “bütün oturacaqda şiddətli ishal keçirməyə” başlayıb.
Bu səbəbdən təyyarə Atlantik Okeanı üzərindən dönərək Nyu-Yorka təcili eniş etməli olub.
Müəllif: Arzu