Pentaqon Ukraynaya 250 milyon dollar dəyərində əlavə təhlükəsizlik yardımı göstərdiyini açıqlayıb.
Müvafiq məlumat ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunub.
Yardıma yeni paketə RIM-7 zenit raketləri, HIMARS reaktiv yaylım atəş sistemi (MLRS) sursatları, 155 və 105 mm-lik artilleriya sursatları, Stinger insan daşına bilən hava hücumundan müdafiə sistemləri (MANPADS), AT-4 daxildir.
Bundan əlavə, ABŞ hökuməti Kiyevə yeni yardım paketinə patrul katerləri, atıcı silah sursatları, ehtiyat hissələri, köməkçi avadanlıqlar, hərbi təlim xərcləri və s. daxil etmək niyyətindədir.