Telegram-ın qurucusu Pavel Durov Fransada saxlanıldıqdan sonra Rusiya və Birləşmiş Ərəb Əmirliklərinin ona təklif etdiyi diplomatik yardımdan imtina edib. Bu barədə sentyabrın 5-də “Politico” Fransa rəsmisinə istinadən məlumat yayıb.
"O, Rusiya konsulluğunun müdafiəsindən və BƏƏ konsulluq səfərindən imtina etdi, lakin BƏƏ səfirliyini vəziyyəti barədə məlumatlandırmağa razı oldu" dedi.
BƏƏ diplomatik xidmətinin əməkdaşı nəşrə təsdiqləyib ki, diplomatlar həm Fransa hakimiyyəti, həm də Pavel Durovun nümayəndələri ilə əlaqə saxlayırlar.
Rusiyanın Fransadakı səfirliyi nəşr zamanı bu barədə şərh verməyib.
Pavel Durov bir neçə ölkənin vətəndaşıdır: o, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Fransa və Karib adalarında yerləşən Sent Kitts və Nevis əyalətinin vətəndaşlığına malikdir.
Oxuməni.az