Bu mövsüm Türkiyəni avrokuboklarda təmsil edən 4 klubdan biri olan və Avropa Liqasının qrupunda oynamağa haqq qazanan ''Beşiktaş''ın UEFA-ya göndərdiyi iştirak ərizəsi bəlli olub.
Ərizədə 4 futbolçuya yer tapılmayıb. Bunlar Nəcip Uysal, Vensan Abubakar, Daniel Amarti və Aleks Oksleyd-Çemberleyndi. Kapitan Nəcipin siyahıda olmaması zədə ilə əlaqəlidi. Diz bağı qopan təcrübəli futbolçu bu təqvim ilinin sonuna qədər meydana çıxa bilməyəcək.
Digər 3 futbolçu isə baş məşqçi Covanni van Bronkhorstun planlarına daxil deyil. Rəhbərlik uzun müddətdi, onlardan qurtulmağa çalışsa da, bu futbolçular ayrılmaq istəmir. Amma Türkiyə mətbuatının yazdığına inansaq, İstanbul nəhəngi Abubakardan qurtulmaq üzrədi. Kamerunlu futbolçu icarə əsasında superliqa təmsilçisi ''Hatayspor''a keçməyə razılıq verib. Onun 3,1 milyon avroluq illik maaşının necə və kim tərəfindən ödəniləcəyi hələ ki, bəlli deyil.
''Beşiktaş''la müqaviləsinin sonuncu ilinə qədəm qoyan 32 yaşlı futbolçu ayrılmaq üçün bu pulun hamısını tələb edirdi. Abubakar ''Beşiktaş''da 3 fərqli mövsümdə forma geyib və 117 rəsmi oyuna çıxaraq 60 qol, 14 məhsuldar ötürmə ilə fərqlənib.
ƏLİ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta