AZ

İraq gündəlik neft ixracını 3,3 milyon barrelə qədər azaldır

Avqustun 27-dən İraq OPEC+ alyansının qərarlarına uyğun olaraq neft ixracını sutkada 3,3 milyon barrelə qədər azaldıb. Neft hasilatının sutkada 2,2 milyon barel əlavə azalması noyabrın sonuna qədər davam edəcək.

Valyuta.az bu barədə İraq Neft Nazirliyinin saytına istinadən xəbər verir.

"İraqın OPEC+ qrupu qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq və OPEC baş katibinin Bağdada son səfəri nəticəsində biz təsdiq edirik ki, 27 avqust 2024-cü il tarixindən etibarən neft ixracatı sutkada 3,3 milyon barrelə endirilib", deyə rəsmi açıqlamada bildirilir. 

Nazirlik qeyd edib ki, daxili istehlakın azalması ilə yanaşı, müəyyən edilmiş kvotaya əməl etmək və əvvəllər hasil edilən əlavə neft həcmlərini kompensasiya etmək üçün ixracda bu azalma növbəti aylarda da davam edəcək.

Bundan əlavə, nazirlik bildirib ki, İraq digər yeddi OPEC+ ölkəsi ilə gündəlik 2,2 milyon barel əlavə azaldılmasını 2024-cü ilin noyabr ayının sonuna qədər uzatmaq barədə razılığa gəlib. 2024-cü il dekabrın 1-dən 2025-ci ilin noyabr ayına qədər zərurət yaranarsa, bu tədbirlərə yenidən baxılması imkanı ilə mərhələli şəkildə əvvəlki hasilat səviyyəsinə qaytarılması planlaşdırılır.

Paşa Məmmədli
 

Seçilən
103
valyuta.az

1Mənbələr