AZ

Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

Image

Əli Orucov: "Hesabat açıqlansa bəlli olacaq ki, Ermənistanın rəhbərliyi də, ordusu da, generaliteti də fərari, oğru və xəyanətkardır"

"44 günlük müharibə məsələsində elə bir hesabat tərtib edilib ki, bu və ya digər hissənin çap oluna biləcəyini söyləmək çox çətindir". Bunu News.am-ın müxbiri ilə söhbətində Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri, Mülki Müqavilə Partiyasından olan deputat Andranik Köçəryan deyib.

“Açıq hissə çap olundu, amma bir neçə hissə var ki, onlar uzun illər çap olunmayacaq. Müxalifət qüvvələri iştirak etsəydi, görülən işlərin həcmini bilərdilər. Biz hesabatı aidiyyəti qurumlara göndərməliyik, onların məxfiliklə bağlı fikirlərini öyrənməli, sonra hesabatla nə edəcəyimizə qərar verməliyik”, - deyə deputat əlavə edib.

Maraqlıdır, 44 günlük müharibənin təhqiqat hesabatında hansı ilginc məsələlər var ki, hakimiyyət bu hesabatın dərc edilməsindən qorxur, çəkinir?

Suala cavab axtarmaq məqsədilə məsələni politoloq Əli Orucova müzakirə etdik. Politoloq bildirdi ki, 44 günlük müharibə Azərbaycanın parlaq qələbəsi ilə bitdi: "Biz bu qələbəyə addım-addım yaxınlaşırdıq - Azərbaycan iqtisadi cəhətdən güclənirdi, ölkədə sabitlik hökm sürürdü. Bu da ordunun inkişafına, silahlanmanı modernləşdirməyə, şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsinə münbit şərait yaradırdi. Ermənistanda isə vəziyyət tamamilə bunun əksinə idi. Ermənistanda silahlı qüvvələrə ayrılan vəsait generallar tərəfindən talan edilirdi, hakimiyyətda xaos yaranmışdı və klanlararası mübarizə gedirdi.

Eyni zamanda Ermənistan hakimiyyətində, ordusunda və cəmiyyətində bir arxayınlıq yaranmışdı, özlərini məğlubedilməz hesab edirdilər. Hətta Ermənistanda belə iddialar da var idi ki, yeni müharibə yeni ərazilər deməkdir. Lakin müharibənin ilk günündən Ermənistanda on minlərlə fərarının olduğu müəyyən edildi. Məlum oldu ki, heç kim döyüşmək istəmir, döyüş qabiliyyəti sıfır səviyyədədir. Hakimiyyət muzdlulara arxayın idi, muzdlular isə real döyüş səhnəsindəki vəziyyəti görüb, silahlarını ataraq qaçdılar. Bu müharibə təkcə Ermənistan dövlətinin məğlubiyyəti deyil, həm də onun ordusu haqqında yaradılan mifin darmadağın edilməsi idi.

Bəlli oldu ki, erməni generaliteti orduya ayrılan vəsaiti korrupsiya yolu ilə oğurlayaraq öz şəxsi bizneslərini qurublar, mühatibədə isə döyüs meydanıni qoyub qaçıblar. Həmin o generalların əksəriyyəti indi də ordu komandanlığındadır. Hesabat açıqlansa bəlli olacaq ki, Ermənistanın rəhbərliyi də, ordusu da, generaliteti də fərari, oğru və xəyanətkardır. Qorxurlar ki, hesabat açıqlansa sındırılmıs erməni cəmiyyəti bir qədər də ruhdan düşəcək, orduya, təhlükəsizlik qüvvələrinə və hakimiyyətə inamı bir qədər də  sarsılacaq.

Bir də, qeyd etdiyim kimi, həmin vaxt dağidıcılıqla məşğul olanların, fərarilik edənlərin bir hissəsi vəzifələrdə hələ də qalır və indiki hakimiyyətə xidmət edir. Hakimiyyət həm də həmin şəxslərin nüfuzdən düşməsindən qorxur. Ona görə də sözügedən hesabatın dərc edilməsi yolverilməz hesab edilir".

Dəniz NƏSİRLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
baki-xeber.com

1Mənbələr