AZ

Bakıda qadına tüfənglə atəş açıldı - DETALLAR

Paytaxt sakini Cəmilə Məmmədovanın keçmiş həyat yoldaşı tərəfindən açılan atəş nəticəsində ağır xəsarət alması ilə bağlı cinayət işinin məhkəmə istintaqı başa çatıb.

İqtisadiyyat.az "oxu.az"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən son prosesdə təqsirləndirilən Rəşad Əsədzadəyə hökm oxunub.

O, 15 il 6 ay azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən prosesdə dövlət ittihamçısı Rəşad Əsədzadənin törətdiyi cinayətin ağır olmasını və ictimai təhlükəliliyini nəzərə alaraq ona daha ağır cəza, 17 il azadlıqdan məhrum edilməsini məhkəmə heyətinə təklif edib.

Xatırladaq ki, hadisə 2024-cü ilin yanvarında Rəşad Əsədzadə ilə keçmiş həyat yoldaşı Cəmilə Məmmədova arasında mütəmadi davam edən gərgin münasibətlər zəminində baş verib. O, Cəmilə Məmmədovanın Səbail rayonu ərazisində yaşadığı ünvana gələrək öncədən hazırladığı qundağı və lüləsi kəsilmiş "İJ" markalı ov silahı ilə ona atəş açıb. Ağır xəsarət alan Cəmilə Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olub.

Hadisədən çox keçməmiş hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Rəşad Əsədzadə saxlanılaraq istintaqa cəlb olunub. Onun cinayət zamanı istifadə etdiyi silah da maddi sübut kimi müsadirə edilib. Rəşad Əsədzadə barədə cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd), 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.

Seçilən
120
4
iqtisadiyyat.az

5Mənbələr