AZ

Abşeron-Xızı Regional Təhsil İdarəsi müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilib

Sumqayıt, 6 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Sentyabrın 6-da Sumqayıtdakı “Kimyaçı” mədəniyyət sarayında Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Konfrans iştirakçıları sarayın foyesində şagirdlərin əl işlərindən ibarət sərgi, həmçinin STEAM və peşə təmayüllü siniflərin təqdimatı, şagirdlərin idman nailiyyətləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov çıxış ediblər.

Çıxışlarda Abşeron-Xızı Regional Təhsil İdarəsinin 2023-2024-cü tədris ilində gördüyü işlər diqqətə çatdırılıb, yeni tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələr qeyd edilib.

Həmçinin təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verilib, təhsilin idarə edilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün görüləcək işlər konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransda şagird qiymətləndirilməsi, statistik göstəricilər, 4-6-cı sinif şagirdlərinin monitorinqinin, habelə olimpiada və digər müsabiqələrin nəticələri, yeni tədris il ərzində nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
azertag.az

1Mənbələr