Milli Məclis seçkilərində 70 saylı Neftçala dairəsindən namizəd olmuş Vəfa Nağı (Nağıyeva) saxlanıldığı bildirilir.
V.Nağı bu gün günorta saatlarında 70 saylı Dairə Seçki Komissiyasının binasının qarşısında çadır qurub etiraz aksiyasını keçirmişdi.
Yaxınlarının məlumatına görə, axşam saatlarında oradan açılmış canlı efir zamanı o və hadisə yerində olan reportyor Şəhla Kərim saxlanılıblar.
Hazırda namizədin və reportyorun harada olduqları məlum deyil.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan Turana bildirilib ki, Neftçalada Şəhla Kərim adda jurnalist saxlanılmayıb.