Futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının C1 qrupunda ilk matçda İsveçə məğlub olub - 1:3.
Apasport.az xəbər verir ki, millimiz qrupdakı ikinci oyununda səfərdə Slovakiya yığması ilə qarşılaşacaq.
Slovakiyaya ezam olunmuş əməkdaşımızın məlumatına görə, millimizi aparan təyyarə artıq Koşiçe hava limanına eniş edib.
Komandamızın baş məşqçisi Fernandu Santuşun səfər boyunca futbolçularla induvidual maraqlanması və hal-əhval tutması diqqətlərdən yayınmayıb.
Təcrübəli mütəxəssis təyyarə yola düşərkən ayağa qalxaraq komanda üzvlərinin hamısı ilə tək-tək görüşüb və onlara gözəl uçuşlar arzulayıb.
Qeyd edək ki, matç sentyabrın 8-i saat 20:00-da başlayacaq.
İsveç yığmasının kapitanı: "Azərbaycan 3 qol buraxdıqdan sonra da təslim olmadı"
Çempionlar Liqası: "AzNur" ikinci matçında heç-heçə edib
Avarçəkənlərimiz dünya çempionatında iştirak edəcək
"Gəncə"də növbəti ayrılıq
Santuşun mətbuat konfransının vaxtı müəyyənləşib