Ağ Ev ABŞ vətəndaşı türk hüquqşünas Ayşenur Ezgi Eyginin (26) İsrail əsgərləri tərəfindən öldürülməsindən "dərin narahat olduqlarını" və "İsrailin hadisəni araşdırmasını" istədiklərini açıqlayıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Sean Savett, AA müxbirinin Eyginin İsrail əsgərləri tərəfindən başından vurularaq öldürülməsi ilə bağlı sualına yazılı cavab verib.
Sözçüsü Savett açıqlamasında bu ifadələrdən istifadə edib:
"Bu gün Amerika vətəndaşı Ayşenur Ezgi Eyginin Qərb Sahilində faciəli şəkildə ölümü bizi dərindən narahat edir, ürəyimiz onun ailəsi və yaxınları ilə birlikdədir. İsrail hökuməti ilə əlaqə saxladıq. Ətraflı məlumat üçün və hadisənin araşdırılmasını tələb etdik."
ABŞ Dövlət Departamenti Eyginin qətli ilə bağlı da bildirib: "Bu gün İordan çayının qərb sahilində Ayşenur Eygi adlı Amerika vətəndaşının faciəli şəkildə ölümündən xəbərdarıq. Eyginin ölümü ilə bağlı təcili olaraq əlavə məlumat toplayırıq".
Mövsüm