Polşanın qərbindəki Siedlce şəhərində radioaktiv tullantılar aşkar edilib.
Bu barədə RMF FM radiostansiyası məlumat yayıb.
“Radioaktiv tullantılar Siedlcedə (Böyük Polşa Voyevodalığı, Volştin dairəsi) aşkar edilib”, - radio bildirib.
Ümumilikdə 50 müxtəlif radioaktiv mənbənin aşkar edildiyi vurğulanır. Hadisə yerində onlarla yanğınsöndürən, eləcə də nümunələri tədqiq edən iki ixtisaslaşmış xilasetmə qrupu var.