Bakı. Trend:
Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında vəSuriyada ümumilikdə 35 terrorçunu məhv edib.
Trend xəbər verir ki, bubarədə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat yayıb.
Məlumata görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asosbölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələrnəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8terrorçu zərərsizləşdirilib.
Ümumilikdə, ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədəazı 1860 silahlını zərərsizləşdirib.