Bakı. Trend:
Mumbay-Münhen marşrutu üzrə uçan Hindistanın “Vistara”aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Ərzurum havalimanına təcili eniş edib.
Trend bu barədə türkKİV-lərinə istinadən xəbər verir.
BQeyd edilir ki, buna səbəb təyyarənin göyərtəsinə bombaqoyulması ilə bağlı yayılan məlumat olub. Pilotun tələbi ilə bütünsərnişinlər təyyarədən endirilib. Hazırda təyyarədə mütəxəssisləraxtarış aparır.
Ərzurum hava məkanının uçuşlara bağlanıldığı bildirilib.