AZ

"Sənəti ucuz tutmaq olmaz" - Əməkdar artist

“Bacardıqca mənə stress verən şeylərdən uzaq qaçmağa çalışıram. Həkimim deyir , özünü qoru. Jurnalistlərlə bir kəlmə kəsirsən, müxtəlif başlıqlarla xəbər edib, tiirajlayırlar. Haqqında yazdıqları , insanın nələr çəkdiyini düşünmürlər. Mən ancaq sənətimlə gündəmə gəlmək istəyirəm, şəxsi həyatımla yox. Daha o yaşda deyiləm”.

Bu fikirləri Hit.az-a Əmədar artist Firuzə İbadova səsləndirib.

Müğənni bildirib ki, məhz buna görə mətbuatdan uzaq durmağa çalışır:

“Mən böyük məktəb görüb, uzun bir sənət yolu keçmiş insanam. Ucuz maqazin söhbətləri ilə adımın hallanması mənə yaraşmaz. Nə yaşıma yaraşar, nə sənətimə. Musiqini ucuzlaşdırmaq olmaz.  Kim nə edir, özü bilər. Mən özümə cavabdehəm, ona görə sənəti uca tutmağa çalışıram”.

Murad

Seçilən
123
hit.az

1Mənbələr