AZ

Əks yola çıxan “Kia” “Honda” ilə toqquşdu:5 ölü, 4 yaralı - FOTO

Şimali Osetiyada iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, sentyabrın 6-da Vladiqafqazdan Mozdok istiqamətində hərəkətdə olan “Kia Sorento” markalı  avtomobilin sürücüsü ötmə əməliyyatını yerinə yetirən zaman əks yola çıxaraq “Honda Elysion” markalı avtomobillə toqquşub. Zərbənin şiddətindən hər iki avtomobil deformasiyaya uğrayıb. "Kia" yol kənarına düşərək iki hissəyə bölünüb.

Qəza nəticədə qəzanın 5 nəfər ölüb, daha 4 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Polis hadisənin təfərrüatlarını öyrənmək üçün araşdırmalara başlayıb.

image

Namiq Musayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
avtosfer.az

1Mənbələr