AZ

İsrail 35 radikalı məhv etdi

İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib.
BUTA.TV xəbər verir ki, İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, xüsusilə Cenin, Tulkərm şəhərləri və Əl-Faraa qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib. Bildirilib ki, ümumilikdə bir həftə ərzində orada 35-ə yaxın fələstinli radikal məhv edilib. Terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb.

Bundan əlavə, onlarla silah və partlayıcı qurğu müsadirə edilib, partlayıcı maddələrin istehsalı üzrə üç laboratoriya dağıdılıb.

Seçilən
75
9
buta.tv

10Mənbələr