Bakı. Trend:
Azərbaycan parlament seçkilərindən sonra uğurlu islahatlar vəsabitlik kursunu davam etdirmək niyyətindədir.
Trend-in məlumatına görə, bunu İspaniyanın Pan-AvropaAssosiasiyasının baş katibi, Beynəlxalq Pan-Avropa İttifaqınınRəyasət Heyətinin üzvü, İspaniyanın Rey Xuan Karlos Universitetininhüquq professoru Karlos Uriarte Sançes deyib.
“Sentyabrın 1-də keçirilən Azərbaycan Respublikası parlamentinənövbədənkənar seçkilər insidentsiz keçdi. Bu seçkilərdə hakim YeniAzərbaycan Partiyası səs çoxluğu - 125 yerdən 68-ni əldə edib”, -deyə o bildirib.
O qeyd edib ki, bu seçkilər ölkənin Qarabağ bölgəsi erməniişğalından azad edildikdən sonra ilk dəfə keçirildiyi üçün çoxəhəmiyyətli idi.
“Azərbaycanın ATƏT, Avropa Şurası və GUAM-a üzvlüyü onundemokratiyaya, islahatlara sadiqliyini və beynəlxalq hüquqaəsaslanan dünyanın bir hissəsi olmaq istəyini nümayiş etdirir”, -deyə professor qeyd edib.
Sançes əlavə edib ki, Yeni Azərbaycan Partiyasının parlamentdəyerlərin əksəriyyətini əldə etməsi ölkənin uğurlu islahatlara vəsabitliyə doğru kursunu təmin edəcək.
"Ona görə də aydındır ki, hökumət islahatlara ardıcılyanaşmasını davam etdirəcək, sabitliyi prioritetləşdirəcək. Bu,ölkəyə həm milli, həm də beynəlxalq səviyyədə böyük uğurlarqazandırıb”, - deyə o bildirib.