AZ

Ümumi təhsil müəssisələrində çalışan psixoloqlar üçün təlimlər təşkil edilib

Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Regionun tabeliyində olan Salyan rayonu üzrə ümumtəhsil məktəblərində çalışan psixoloqlar üçün "Uğurlu məktəb psixoloqu necə olmalıdır?" adlı təlimlər keçirilib.

“Far.Az”un Aran bürosunun məlumatına görə, təlim zamanı məktəb psixoloqlarına bilik və bacarıqlarının artırılması məqsədilə məktəb psixoloqunun iş fəaliyyəti, psixoloq necə etməlidir ki, şagird ona inansın və güvənsin? psixoloqun əsas sənədləri hansılardır? risk qrupuna daxil olan uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilib, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılmasına dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, təlimlər 5-6 sentyabr tarixlərini əhatə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
far.az

1Mənbələr