AZ

"Azərpoçt" işçilər axtarır - VAKANSİYALAR

Beynəlxalq daşımalar üzrə satış şöbəsinin müdiri

 Son tarix 06 okt 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • E-kommersiya istiqamətində yeni beynəlxlaq və yerli tərəfdaşlıqların qurulması
  • Yerli və xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
  • Beynəlxalq tərəfdaşlarla strukturlaşdırılmış əməkdaşlıq çərçivələrini inkişaf etdirmək və saxlamaq;
  • Rəqiblər, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
  • Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
  • Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı satış  planlarının hazırlanması və təsdiq olunmuş planların icrasının təmin etmək;
  • Rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi;
  • Strateji və taktiki satış təşəbbüslərinin irəli sürülməsi 
  • Xidmət və məhsulların satışına dəstək göstərilməsi məqsədilə  marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi;
  • Ünsiyyət, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları;

Vəzifə üzrə tələblər:

  • Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi, BİM  və.s) təhsil;
  • Kommersiya  istiqamətində 2 il iş təcrübəsi;
  • Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
  • Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
  • İngilis dili və Rus dillərində səlis yazılı və şifahi 
  • Komanda şəklində işləmək bacarığı;
  • Hesabatlıq və təqdimat bacarığı;
  • Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
  • Mütəmadi olaraq ezamiyyəyə getmək imkanı
  • Sürətli poçt daşıması istiqamətində tərcübəyə üstünlük verilir

İş şəraiti

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ; 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı ; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “ Beynəlxalq daşımalar üzrə  satış şöbə müdiri” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər. 

 

Tele-satış üzrə mütəxəssis

 Son tarix 06 okt 2024   - [email protected]

Vəzifə öhdəlikləri:

Müştərilərlə Telefonla Əlaqə:

  • Mövcud və potensial müştərilərlə telefon danışıqlarının aparılması, şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi.
  • Müştərilərin tələblərinin və ehtiyaclarının müəyyən edilməsi, uyğun məhsul və ya xidmətlərin təklif edilməsi.

Satış Hədəflərinin İcrası:

  • Qoyulmuş satış hədəflərinə çatmaq və ya onları aşmaq məqsədilə aktiv satış fəaliyyəti.
  • Satış kampaniyaları çərçivəsində müştərilərin məlumatlandırılması və stimullaşdırılması.

Məlumatların İdarə Edilməsi:

  • Müştəri məlumatlarının və zənglərin düzgün qeydiyyatının aparılması, əlaqələrin izlənməsi.
  • Hər bir müştəri ilə əlaqənin tarixinə uyğun olaraq yenidən əlaqə saxlamaq.

Müştəri Münasibətlərinin Qorunması:

  • Mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və qorunması.
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və onların şirkətə olan bağlılığının artırılması.

Məhsul və Xidmətlərin Tanıdılması:

  • Şirkətin məhsul və xidmətlərinin üstünlüklərinin müştərilərə izah edilməsi.
  • Satış üçün lazım olan məhsul biliklərinin davamlı yenilənməsi və inkişaf etdirilməsi.

 Hesabatların Hazırlanması:

  • Satış fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
  • Satış nəticələrinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.

Komanda ilə Əlaqə:

  • Satış komandası ilə sıx əməkdaşlıq etmək, təcrübə və məlumat mübadiləsi aparmaq.
  • Birgə satış hədəflərinin yerinə yetirilməsi üçün komanda daxilində koordinasiya.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Marketinq, biznes və ya kommunikasiya sahəsində təhsil üstünlükdür).
  • Güclü analitik düşüncə, Problemlərin effektiv həll edilməsi bacarığı, Yüksək səviyyədə təşəbbüskarlıq, Araşdırma və bazar təhlili bacarıqları.
  • Satış sahəsində, xüsusən də telefon satışlarında iş təcrübəsi (1-2) il böyük üstünlükdür.;
  • Azərbaycan, Rus yüksək səviyyədə bilməsi (ingilis dili arzu olunandır)
  • Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilmək. 
  • Mükəmməl satış və ünsiyyət bacarıqları

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Tele-satış üzrə mütəxəssis” qeyd etməklə CV-lərini c ünvanına göndərə bilərlər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
fed.az

1Mənbələr