Beynəlxalq daşımalar üzrə satış şöbəsinin müdiri
Son tarix 06 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- E-kommersiya istiqamətində yeni beynəlxlaq və yerli tərəfdaşlıqların qurulması
- Yerli və xarici tərəfdaşlarla əlaqələrin inkişaf etdirilməsi və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi;
- Beynəlxalq tərəfdaşlarla strukturlaşdırılmış əməkdaşlıq çərçivələrini inkişaf etdirmək və saxlamaq;
- Rəqiblər, onların bazara təqdim etdiyi oxşar məhsullar barədə mütəmaddi olaraq araşdırmalar aparmaq və Marketinq şöbəsi ilə davamlı məlumat mübadiləsi aparmaq;
- Yeni satış kanallarının tapılması, satışın stimullaşdırılması
- Şirkətin müxtəlif məhsul və xidmətləri ilə bağlı satış planlarının hazırlanması və təsdiq olunmuş planların icrasının təmin etmək;
- Rəqiblərin fəaliyyəti və tendensiyaların təhlil edilməsi;
- Strateji və taktiki satış təşəbbüslərinin irəli sürülməsi
- Xidmət və məhsulların satışına dəstək göstərilməsi məqsədilə marketinq kommunikasiyasına aid olan məzmunun yoxlanılması və lazımı hallarda tövsiyələrin verilməsi;
- Ünsiyyət, tədqiqat, təşkilatçılıq, problem həll etmə, analitik yazı və təqdimat bacarıqları;
Vəzifə üzrə tələblər:
- Ali iqtisadi (Marketinq, Biznesin idarə edilməsi, BİM və.s) təhsil;
- Kommersiya istiqamətində 2 il iş təcrübəsi;
- Əla səviyyədə Microsoft Office proqramları bilikləri;
- Analitik düşüncə qabiliyyəti və detallara diqqətcil olmaq;
- İngilis dili və Rus dillərində səlis yazılı və şifahi
- Komanda şəklində işləmək bacarığı;
- Hesabatlıq və təqdimat bacarığı;
- Ünsiyyətcil, işə pozitiv yanaşma və nəticə yönümlü olmaq.
- Mütəmadi olaraq ezamiyyəyə getmək imkanı
- Sürətli poçt daşıması istiqamətində tərcübəyə üstünlük verilir
İş şəraiti
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı ;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “ Beynəlxalq daşımalar üzrə satış şöbə müdiri” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Tele-satış üzrə mütəxəssis
Son tarix 06 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
Müştərilərlə Telefonla Əlaqə:
- Mövcud və potensial müştərilərlə telefon danışıqlarının aparılması, şirkətin məhsul və xidmətlərinin təqdim edilməsi.
- Müştərilərin tələblərinin və ehtiyaclarının müəyyən edilməsi, uyğun məhsul və ya xidmətlərin təklif edilməsi.
Satış Hədəflərinin İcrası:
- Qoyulmuş satış hədəflərinə çatmaq və ya onları aşmaq məqsədilə aktiv satış fəaliyyəti.
- Satış kampaniyaları çərçivəsində müştərilərin məlumatlandırılması və stimullaşdırılması.
Məlumatların İdarə Edilməsi:
- Müştəri məlumatlarının və zənglərin düzgün qeydiyyatının aparılması, əlaqələrin izlənməsi.
- Hər bir müştəri ilə əlaqənin tarixinə uyğun olaraq yenidən əlaqə saxlamaq.
Müştəri Münasibətlərinin Qorunması:
- Mövcud müştərilərlə uzunmüddətli əlaqələrin qurulması və qorunması.
- Müştəri məmnuniyyətinin təmin edilməsi və onların şirkətə olan bağlılığının artırılması.
Məhsul və Xidmətlərin Tanıdılması:
- Şirkətin məhsul və xidmətlərinin üstünlüklərinin müştərilərə izah edilməsi.
- Satış üçün lazım olan məhsul biliklərinin davamlı yenilənməsi və inkişaf etdirilməsi.
Hesabatların Hazırlanması:
- Satış fəaliyyəti barədə günlük, həftəlik və aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Satış nəticələrinin təhlili və təkmilləşdirilməsi üçün təkliflərin verilməsi.
Komanda ilə Əlaqə:
- Satış komandası ilə sıx əməkdaşlıq etmək, təcrübə və məlumat mübadiləsi aparmaq.
- Birgə satış hədəflərinin yerinə yetirilməsi üçün komanda daxilində koordinasiya.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Marketinq, biznes və ya kommunikasiya sahəsində təhsil üstünlükdür).
- Güclü analitik düşüncə, Problemlərin effektiv həll edilməsi bacarığı, Yüksək səviyyədə təşəbbüskarlıq, Araşdırma və bazar təhlili bacarıqları.
- Satış sahəsində, xüsusən də telefon satışlarında iş təcrübəsi (1-2) il böyük üstünlükdür.;
- Azərbaycan, Rus yüksək səviyyədə bilməsi (ingilis dili arzu olunandır)
- Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint, Outlook) yaxşı səviyyədə bilmək.
- Mükəmməl satış və ünsiyyət bacarıqları
İş şəraiti:
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
- Korporativ nömrə ilə təmin olunma ;
- Bazar rəqabətli əmək haqqı;
- İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “Tele-satış üzrə mütəxəssis” qeyd etməklə CV-lərini c ünvanına göndərə bilərlər.