AZ

Ukrayna ordusunun Poltavada itkiləri açıqlanıb

Rusiya ordusu tərəfindən Poltavada yerləşən Ukrayna Silahlı Qüvvələrinin (USQ) təlim mərkəzinə endirilən zərbə nəticəsində təxminən 500 mütəxəssis həlak olub və yaralanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə RİA Novosti yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb.

“Həlak olanlar və yaralananlar arasında USQ və Milli Qvardiyanın hərbçiləri – rabitə mütəxəssisləri, elektron müharibə komplekslərinin operatorları, radioelektron kəşfiyyat və pilotsuz uçuş aparatlarının operatorları, eləcə də Ukrayna hərbçilərinə təlim keçən Polşa, Fransa, Almaniya və İsveçdən olan xarici hərbçilər olub”, – deyə mənbə bildirib.

Qeyd edək ki, 6 sentyabrda Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Poltava şəhərində yerləşən Ukrayna qoşunlarının 179-cu birləşmiş təlim mərkəzinə zərbə endirdiyini açıqlayıb.

Seçilən
86
1
operativmedia.az

2Mənbələr