AZ

900-cü qolunu vuraraq rekorda imza atan Kriştianu Ronaldu "təlxək" adlandırılıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



UEFA Millətlər Liqasında Xorvatiyaya vurduğu qolla rekorda imza atan Kriştianu Ronaldu azarkeşlər tərəfindən "təlxək" adlandırılıb.
Oxu.Az "Goal"a istinadla xəbər verir ki, 900-cü qolunu vuran Kriştianu Ronaldu oyundan sonra milli ilə istədiyi bütün kubokları əldə etdiyini və Portuqaliya yığması ilə Avropa yarışlarında qalib gəlməyin dünya kubokunu qazanmağa bərabər olduğunu bildirib. Bundan sonra bəzi azarkeşlər sosial şəbəkədə 39 yaşlı futbolçunu ələ salıblar:
"Mən yüz faiz əminəm ki, Messi dünya kubokunu qazanan gecə Ronaldu yatmayıb".
"Avropa çempionatını qazanmaq dünya kubokunu qazanmaqla eyni deyil, dostum".
Başqa bir futbol azarkeşi isə fikrini daha sərt şəkildə ifadə edib: "Bu, bir təlxək ifadəsidir".
Seçilən
84
50
oxu.az

10Mənbələr