AZ

Britaniya 2025-ci ildə Ukrayna ordusunda təlimləri davam etdirmək niyyətindədir

Britaniyalı təlimatçılar ən azı 2025-ci ilin sonuna qədər ukraynalı hərbçilərə təlim keçməyə davam edəcək.

Qaziler.az TASS-a istinadla bildirir ki, bu barədə Krallığın Müdafiə Nazirliyi məlumat yayıb.

Britaniya Hərbi Departamentinin rəhbəri Con Hilin sözlərinə görə, 2022-ci ilin əvvəlindən Britaniyanın Ukrayna Silahlı Qüvvələrinin yeni çağırışçılarına təlim keçmək üçün “İnterflex” əməliyyatı zamanı 45 mindən çox ukraynalı ölkəni müdafiə etmək üçün lazım olan bacarıqlar əldə edib.

Beş həftə və ya daha çox davam edən təlimlər əsasən Böyük Britaniyada keçirilib.

“Ukraynanın müdafiəsi üçün həyati əhəmiyyət kəsb edən bu əməliyyatın uzadılması Böyük Britaniyanın Ukraynaya qarşı sarsılmaz öhdəliyinin növbəti nümunəsidir. Bu gün Almaniyadakı müttəfiqlərimizə və tərəfdaşlarımıza bildirdiyimiz kimi, Böyük Britaniya yardımını artırmağa davam edəcək. Biz lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcəyik”, - deyə Hili bildirib.

QAZİLER.AZ

Seçilən
79
qaziler.az

1Mənbələr