AZ

Minifutbol: U-23 yığmamızın DÇ-dəki rəqibləri bəlli oldu

23 yaşlılardan ibarət milli komandalar arasında təşkil olunacaq minifutbol üzrə U-23 dünya çempionatının püşkatma mərasimi keçirilib.

Arena.az xəbər verir ki, bu turnirdə mübarizə aparacaq Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Rəcəb Fərəczadənin rəhbərlik etdiyi yığmamız B qrupunda çıxış edəcək. Azərbaycan millisi Kolumbiya, Slovakiya və İraq yığma komandaları ilə mübarizə aparacaq.

Xatırladaq ki, Xorvatiyada təşkil ediləcək minifutbol üzrə U-23 dünya çempionatı oktyabrın 7-də start götürəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
arena.az

1Mənbələr