…Avropa İttifaqı Ukraynaya silah tədarükü üçün Rusiyanın dondurulmuş aktivlərindən Fransaya 300 milyon avro ayıracaq.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fransa Müdafiə Nazirliyi bildirib.
…Avropa Komissiyası Silahlanma Baş Direktorluğu ilə bu vəsaiti 2024-cü ildə Fransa sənayesindən Ukrayna üçün sursat, artilleriya və hava hücumundan müdafiə sahəsində 300 milyon avro dəyərində prioritet materiallarınalınması üçün istifadə etmək barədə razılığa gəlib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Fransanın hərbi idarəsi məlumat yayıb.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Avropa İttifaqı artıq Rusiya Federasiyasının dondurulmuş aktivlərindən gələn gəlirləri Ukraynaya hərbi təchizatların ödənilməsinə yönəltməyə başlayıb.
Və yeri gəlmişkən, bundan əlavə, ABŞ Ukraynaya 250 milyon dollar dəyərində yeni yardım paketi ayırıb.
Əli Babayev