AZ

UEFA Millətlər Liqası: Belçika millisi İsraili yığmasını məğlub etdi

İsrail və Belçika millilərinin qarşılaşdığı UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 1-ci turunun oyunu başa çatıb.

hakimiyyet.az xəbər verir ki, oyun Debretsendəki (Macarıstan) neytral "Nadyerdei" stadionunda baş tutub. Görüşün baş hakimi qismində Maykl Oliver (İngiltərə) çıxış edib. Qarşılaşma 3:1 hesabı ilə Belçika yığmasının xeyrinə başa çatıb.

Hesabı 21-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Kevin De Brüyne açıb. Daha sonra 36-cı dəqiqədə Belçikanın qapısına avtoqol vurulub. 48-ci dəqiqədə belçikalı yarımmüdafiəçi Yuri Tilemans komandasını hesabda irəli çıxarıb. Qarşılaşmanın yekun hesabını özünün dublu ilə De Brüyne müəyyən edib - 3:1.

Qeyd edək ki, UEFA Millətlər Liqasının hazırkı qalibi İspaniya millisidir.

Seçilən
63
32
hakimiyyet.az

10Mənbələr