AZ

De la Fuente: “Komandam dünyanın ən yaxşılarından biridir”

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının yeni mövsümündən gözləntilərini açıqlayıb.

Arena.az UEFA-nın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“İlk komanda görüşündə məqsədlərdən danışanda böyük komanda olmaq qərarına gəlmişdik. İnanıram ki, biz düzgün istiqamətdə yürüyürük. Biz irəliləmək, daha sürətli futbol göstərmək, daha çox fürsət yaratmaq və eyni zamanda müdafiədə daha etibarlı oynamaq istəyirik. Əminəm ki, komandamız dünyanın ən yaxşılarından biridir.

Ancaq həmişə cəhd etmək üçün bir məqam var. Biz təvazökarıq və qələbə ilə məğlubiyyət arasında incə bir xəttin olduğunu başa düşürük. Eyni zamanda, kuboku yenidən qazana biləcəyimizə inamla yeni yarışa yaxınlaşırıq”, deyə Luis de la Fuente bildirib.

Xatırladaq ki, İspaniya yığması 2024/2025-ci illər mövsümü UEFA Millətlər Liqasının A Liqasının 4-cü qrupunda mübarizə aparacaq. “Qırmızı qəzəb”in rəqibləri İsveçrə, Serbiya və Danimarka yığmalarıdır.

Sentyabrın 5-də İspaniya yığması ilk oyunun keçirib, “qırmızı qəzəb” səfərdə Serbiya yığmasının müqavimətini qıra bilməyib – 0:0. İspanların növbəti görüşü sentyabrın 8-də səfərdə İsveçrə yığmasına qarşı olacaq.

Seçilən
103
arena.az

1Mənbələr