AZ

Niderlanda məğlub olduq

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoldaşlıq görüşünü keçirib. Matc.az xəbər verir ki, milli hazırlıq çərçivəsində Niderlandın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş Niderlandın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, Azərbaycan milli komandası toplanış çərçivəsində iki gün əvvəl Şotlandiya ilə yoldaşlıq görüşündə qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. U-19 sentyabrın 9-da Uels yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək.    

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
14
matc.az

10Mənbələr