AZ

Trampın maliyyə saxtakarlığı ilə bağlı hökmü təxirə salındı

Nyu-York məhkəməsi ABŞ prezidentliyinə namizəd Donald Trampın maliyyə saxtakarlığı ilə bağlı hökmünü noyabrın 26-na təxirə salıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb .

 

"Bu, məhkəmənin asan qəbul etmədiyi bir qərardır, lakin ədalətin maraqlarına ən yaxşı xidmət edən qərardır",- hakim Juan Merchan deyib.

 

Qeyd olunur ki, bu iş üzrə qərar sentyabrın 16-da, yəni sabiq prezidentin digər cinayət ittihamları üzrə ilk dəfə hökm oxunmasına cəmi iki gün qalmış veriləcək. “Bir iş günü belə müraciət üçün əsassız olaraq qısa müddətdir. Tələsməyə davam etmək üçün heç bir səbəb yoxdur”, – Trampın vəkilləri Todd Blanche və Emile Beauvais avqustun 14-də təqdim olunan ərizədə bildiriblər.

 

Bundan əvvəl Tramp seçkiyə müdaxilə cəhdi ilə bağlı yeni iş üzrə dinləmələrdə iştirakdan imtina etməsi barədə məhkəməyə məlumat vermişdi . Keçmiş Amerika lideri bildirib ki, o, ilkin dinləmədə iştirak etmək hüququndan imtina edir və vəkilinə bütün ittihamlar üzrə təqsirsiz olduğunu bəyan etmək səlahiyyəti verir.

 

İnci

 

 

Seçilən
120
sfera.az

1Mənbələr