Vyetnam sabah (sentyabrın 7-də) ölkənin şimalını vuracağı gözlənilən “Yaği” qasırğası ilə əlaqədar həyəcan vəziyyətindədir. Ölkədə yayımlanan “VN Express”in xəbərinə görə, Filippin və Çinin Haynan adasından sonra Cənubi Çin dənizindən Vyetnamın şimal sahillərinə doğru hərəkət edən “Yagi” super qasırğasının sabah ölkəyə çatması gözlənilir.
Saatda 201 kilometrə qədər sürətlə güclü küləkləri daşıyan super tayfun “Yaği”nin Vyetnamın şimal sahillərindəki Ninh Binhdən Quanq Ninh bölgələrinə qədər ərazini əhatə edəcəyi gözlənilərkən, balıqçılıq bölgəsi sakinlərinə xəbərdarlıqlar edilib və ətrafdakı adalarda tədbir görülməyə başlanılıb.
Honq Konq Meteorologiya İdarəsi, “Yaği” super qasırğasının yaratdığı küləyin sürətinin saatda 220 kilometrə çatacağını gözlədiklərini və güclü yağışın bu gündən etibarən bölgəyə təsirli etdiyi bildirilir.
Vyetnam Xarici İşlər Nazirliyinin sözçüsü Fam Tu Hanq mətbuata açıqlamasında bildirib ki, ölkənin diplomatik nümayəndələri Çin və Filippindəki səlahiyyətlilərlə əlaqə saxlayıb və Vyetnam gəmilərinin super tayfundan qorunmaq üçün sığınacaq almasına icazə verilməsi üçün yardım istəyiblər.
Paytaxt Hanoyda Çin və Filippin nümayəndələri ilə də əlaqə saxladıqlarını ifadə edən Fam, axtarış-xilasetmə işlərinə dəstək olmaq və lazım gəldikdə balıqçı gəmilərinə kömək etmək üçün personalın hazır olmasını istədiklərini söyləyib.
Vyetnam Aviasiya Administrasiyasının sədri Dinh Viet Tanq da verdiyi açıqlamada, Hanoy Beynəlxalq Noi Bai Hava Limanı da daxil olmaqla bölgədəki dörd hava limanının “Yaği” qasırğası səbəbindən sabah xidmət göstərməyəcəyini deyib.
Həmçinin bildirilib ki, bu gündən etibarən bölgədə balıqçı gəmilərinin üzməsinə və həftə sonuna qədər tur gəmilərinin hərəkətinə qadağa qoyulub.
Vyetnamın baş naziri Fam Minh Çinh bölgə camaatını super “Yaği” qasırğasına qarşı hazırlıqlı olmağa çağırıb.
Sentyabrın 3-də Filippinin şimal bölgələrini vuran “Yağı” leysan yağış, sel və torpaq sürüşməsi nəticəsində 14 nəfərin ölümünə səbəb olub.