"Gəncə" heyətini braziliyalı voleybolçu ilə gücləndirib.
Sportinfo.az xəbər verir ki, Kerolayn Ferreyra Perotto ilə birillik müqavilə imzalanıb.
Ötən mövsümü İsveçin “Hytle Halmstad” komandasında keçirən oyunçu Tunisdə “Esperance Sportiv”, CSS, Peruda “Circolo” klublarının şərəfini qoruyub.
O, ölkəsində “Brasilia Volei”, UPIS, “Pinheiros” və “ADC Bradesco” komandalarının uğurları üçün çalışıb.