AZ

Həbibin gözünə nə olub?

İsrail ordusu həftə ərzində İordan çayının qərb sahilində bir sıra intensiv əməliyyatlar həyata keçirib.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, xüsusilə Cenin, Tulkərm şəhərlərində və Əl-Fara qaçqın düşərgəsində genişmiqyaslı terrorla mübarizə tədbirləri həyata keçirilib. Ümumilikdə bir həftə ərzində adı çəkilə ərazilərdə 35-ə yaxın fələstinli radikal məhv edilib, terror fəaliyyətində iştirakda şübhəli bilinən daha 45 nəfər saxlanılıb. Bundan əlavə, onlarla silah və partlayıcı qurğu müsadirə edilib, üç partlayıcı laboratoriya məhv edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
publika.az

1Mənbələr