Dünyanın gözəl mənzərəli və heyrətamiz yerlərdən biri də yeraltı mağaralardır. Şimali Makedoniyanın Skopye şəhərində olan Vrelo mağarasının da bir hissəsi suyun altında yerləşir. Dərinliyi 230 metr olan bu boşluq Balkanlarda ən dərin, Avropada isə ikinci dərin mağara hesab olunur.
Mağara iki fərqli sistemdən ibarətdir. Yuxarı hissə Vrelo, sualtında qalan qat isə Podvrelo adlanır. Mağara daxilində çoxlu stalaktit (mağaranın tavanından damcılayan mineral) və stalaqmitlər (mağaranın dibindən yuxarıya qədər sütun əmələ gətirən mineral) mövcuddur. Bunlardan daha çox diqqət çəkəni “əkiz sütunlar”dır. Onların uzunluğu 6 metrə çatır və kristallik rəngdədir.
Mağaraya turistlərin səfəri xüsusi qayıqlarla həyata keçirilir. Səyahət 20 dəqiqə çəkir. Qayıqlar xüsusi platformada dayanır və pilləkənlərlə mağaranın girişinə qalxırlar.
FİDAN
XQ