AZ

“Telegram” fırıldaqçılar arasında populyar olan iki funksiyanı silib

“Telegram”ın fırıldaqçılar tərəfindən həddindən artıq istifadə edilən iki funksiyası messencerdən silinib.

Bu haqda “Telegram”ın həmtəsisçisi Pavel Durov öz “Telegram” kanalında məlumat verib.

Belə ki, messencerin “Yaxınlıqdakı insanlar” və “media fayllarının bloq alətinə yüklənməsi” funksiyaları “Telegram”dan silinib.

“Biz Telegram-da insanların 0,1%-dən azının istifadə etdiyi “Yaxınlıqdakı insanlar” funksiyasını sildik”, – deyə Durov yazıb.

Bunun əvəzinə messencer “Yaxınlıqda biznes” funksiyasını təqdim edib ki, burada hüquqi və təsdiqlənmiş kommersiya müəssisələrinin sahibləri mallarının kataloqlarını yerləşdirə və ödənişləri qəbul edə biləcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
7
banker.az

10Mənbələr