Ukraynaya məxsus PUA-nın hücumundan sonra Voronej vilayətində bir neçə yaşayış məntəqəsi boşaldılır.
Moderator.az xəbər verir ki, Voronej vilayətində “partlayıcı obyektlərin” işə salınması səbəbindən bir neçə yaşayış məntəqəsi boşaldılır”, - deyə vilayətin qubernatoru Aleksandr Qusev bildirib.
Daha əvvəl bildirilmişdi ki, Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan Ukraynaya məxsus pilotsuz təyyarənin fraqmentlərinin düşməsi nəticəsində, daha sonra partlayıcı obyektlərin işə salınması ilə yanğına ən yaxın olan kəndin boşaldılması qərara alınıb.
Daha sonra Qusev Telegram kanalında insanların bir neçə yaşayış məntəqəsindən köçürülməsi barədə məlumat verib. O, sakinlərə xəbərdarlıq edib ki, fövqəladə hallar xidmətinin əməkdaşları onlara başlanğıc və prosedur barədə məlumat verəcəklər.
Qubernator yanğın baş verən yerə yaxınlaşmamağa, şübhəli əşyalara toxunmamağa, hadisənin baş verdiyi yerin şəklini çəkməməyə, xüsusən də “xüsusilə məkana istinad edərək” foto və ya videoları internetdə yerləşdirməməyə çağırıb.