AZ

Neft qiymətləri ucuzlaşıb

ABŞ-də iş yerləri ilə bağlı məlumatlar fonunda neft qiymətləri ucuzlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, "Brent" markalı neftin oktyabr müqaviləsində bir barelin qiyməti 1,63 dollar və ya 2,24% ucuzlaşaraq 71,06 dollar olub.

"WTI" markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 1,48 dollar və ya 2,14% azalaraq 67,67 dollar olub.

Həftə ərzində "Brent" 10%, "WTI" isə 8% civarında ucuzlaşıb.

 

Gözəl Həşimova

Seçilən
115
9
iqtisadiyyat.az

10Mənbələr