Gədəbəy İcra Hakimiyyətinin keçmiş şöbə müdiri məhkəməyə müraciət edib
Gədəbəy İcra Hakimiyyətinin hüquq şöbəsinin sabiq müdiri Zülfüqar İsgəndərov icra hakimiyyəti barədə Gəncə Apellyasiya məhkəməsinə şikayət edib.
Turkustan.az-ın məlumatına görə, işə hakim Aygül İsgəndərovanın sədrliyi ilə baxılacaq.
Sözügedən işin mahiyyəti əmək məsələləri - əməkhaqqının hesablanması ilə bağlıdır.
Qeyd edək ki, Z.İsgəndərov bu ilin aprelində də həçmin məsələ ilə ilə bağlı Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdi. (modern.az)