Bakı. Trend:
İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsiüçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuatxidmətindən məlumat verilib.
Bildirilib ki, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıbzərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgəninsilah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətəcəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyətistiqamətlərindən biridir.
Həyata keçirilən tədbirlərlə 31 avqust – 6 sentyabr tarixlərindəpolis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 11 avtomatsilahı, 1 pulemyot, 4 tapança, 6 tüfəng, 11 qumbara, 1 qumbaraatan,3 alışdırıcı, 4 süngü-bıçaq, 200 patron darağı, 9786 ədəd müxtəlifçaplı patron və digər sursatlar, Şuşa şəhəri ərazisindən 1 avtomatsilahı, Xocalı rayonu ərazisindən isə 18 mərmi aşkar edilərəkgötürülüb.