Hebey Universitetinin (Çin) alimlərindən ibarət elmi qrup kəpəyə səbəb olan "Malassezia globosa" göbələklərinin siçanlarda vəzi xərçəngi şişlərinin böyüməsini sürətləndirə biləcəyini müəyyən ediblər.
AzEdu.az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.
"Malassezia" cinsinə aid göbələklər insan və heyvanların dəri mikroflorasının şərti patogen sakinləridir. Ümumi immunitetin azalması və piy vəzilərinin fizioloji xüsusiyyətlərinin dəyişməsi halında onlar kəpək kimi dəri xəstəliklərinə səbəb ola bilərlər.
"Malassezia globosa" göbələklərinin əlavə patogen xüsusiyyətlərini müəyyən etmək üçün alimlər onları süd vəzi xərçəngi olan bir qrup siçanın şişlərinə yeridiblər. Nəticələr göstərib ki, bu zaman şişlərin böyümə sürəti artıb.
Tədqiqatçıların sözlərinə görə, bəzi hallarda bu göbələklər özləri döş vəzisinin yağla zəngin toxumasına daxil ola və xərçəngin inkişafına səbəb ola bilərlər. Bununla belə, bu cür təhlükəli təsirin əsasında duran mexanizmlər hələ də aydın deyil. Alimlər ehtimal edirlər ki, "Malassezia globosa"nın fəaliyyəti nəticəsində hüceyrələrə zərər verən və ya orqanizmin xərçəngə qarşı müdafiəsini zəiflədən zərərli yan məhsullar əmələ gəlir.