Rusiyanın ABŞ seçkilərinə müdaxilədə günahlandırılması cəfəngiyyatdır.BUTA.TV xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov "Vaşinqton Post"a müsahibəsində deyib. O bildirib ki, Rusiyanın ABŞ seçkilərinə müdaxilədə günahlandırılması ilk belə hal deyil. Peskov, həmçinin ABŞ-ın Rusiyanın RT telekanalının rəhbər şəxslərinə sanksiya tətbiq etməsinə də münasibət bildirib: "Mediamız öz işini görür və sadəcə həqiqəti xəbər verirlər. Lakin təəssüf ki, amerikalılar onlar üçün xoşagəlməz həqiqəti sevmir və görünür, dərhal ona qarşı repressiyalar həyata keçirirlər. Reallıq belədir".