ABŞ-nin Dövlət katibi Entoni Blinken Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller açıqlayıb.
Bildirilib ki, tərəflər söhbət zamanı diplomatik səviyyədə gələcək ikitərəfli təmasları müzakirə ediblər.
Bununla yanaşı, Blinken Vaşinqtonun Kiyevə hərbi, iqtisadi və humanitar sahələrdə, eləcə də Ukrayna iqtisadiyyatının bərpa edilməsində yardımını davam etdirəcəyini vurğulayıb.
Xatırladaq ki, sentyabrın 5-də Ukrayna Ali Radası Andrey Sibiqanı ölkənin yeni XİN rəhbəri təyin edib. O bu vəzifədə Dmitri Kulebanı əvəz edib.