AZ

İngiltərə və Almaniya UEFA Millətlər Liqasında ilk matça çıxır

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 2024/2025-ci illər mövsümünün qrup mərhələsinin 1-ci turuna yekun vurulacaq.

Arena.az xəbər verir ki, A, B, C və D Liqaları çərçivəsində son 9 qarşılaşma baş tutacaq.

Günün əsas oyunlarından biri Almaniya və Macarıstan yığmaları arasında keçiriləcək. A Liqasındakı digər oyun Niderland ilə Bosniya və Herseqovina yığmaları arasında olacaq.

Ukrayna yığması ilk turda Albaniyanı sınağa çəkəcəksə. İngiltərə millisi isə İrlandiyanı yenməyə çalışacaq.

Xatırladaq ki, UEFA Millətlər Liqasında qrup mərhələsinin 1-ci turunun qalan oyunları əvvəlki iki gündə keçirilib.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 1-ci tur
7 sentyabr

A Liqası, 3-cü qrup

22:45. Almaniya – Macarıstan
22:45. Niderland – Bosniya və Herseqovina

B Liqası, 1-ci qrup

20:00. Gürcüstan – Çexiya
22:45. Ukrayna – Albaniya

B Liqası, 2-ci qrup

20:00. İrlandiya – İngiltərə
22:45. Yunanıstan – Finlandiya

C Liqası, 4-cü qrup

17:00. Farer adaları – Şimali Makedoniya
20:00. Ermənistan – Latviya

D Liqası, 2-ci qrup

20:00. Moldova – Malta

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
arena.az

1Mənbələr