Pezeşkian Putinlə görüşəcək
İran Prezidenti Məsud Pezeşkian Rusiya lideri Vladimir Putinlə görüşəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali məlumat verib.
Məlumata görə, Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək və Putinlə nəzərdə tutulan görüş bu sammit çərçivəsində baş tutacaq.
Həmçinin, İran Prezidentinin sammitdə iştirak edən digər liderlərlə, İran icması ilə ikitərəfli görüşləri, eləcə də, sammitdə çıxışı planlaşdırılır.
Qeyd edək ki, BRİKS-in Kazan sammiti bu ilin oktyabrında keçiriləcək.
Xatırladaq ki, İran BRIKS-ə 2024-cü il yanvarın 1-də qoşulub.